Son illər xüsusilə 20–40 yaş arası gənclərdə demensiya diaqnozlarının kəskin artması həkimlər arasında ciddi narahatlıq yaradıb. Məsələn, Avstraliyada bu yaş qrupunda demensiya göstəriciləri 400% artıb. Səbəb nədir? – Vertikal video kontentinin təhlükəsi.
Manset.az-ın Musavat.com-a istinadən məlumatına görə, mütəxəssislər hesab edirlər ki, əsas səbəblərdən biri sosial şəbəkələrdə sürətlə yayılan vertikal formatlı qısa videolardır. Bu videolar saniyələr içində diqqəti cəlb etmək üçün hazırlanır, lakin uzunmüddətli diqqət və yaddaş proseslərini zədələyir.
Alimlərə görə, belə kontentin daimi izlənməsi:
Prefrontral korteksin aktivliyini azaldır,
Qısamüddətli yaddaşın həcmini zəiflədir,
İmpulsivliyi artırır.
Bu dəyişikliklər uzun müddət davam etdikdə, hətta gənc yaşlarda belə demensiya riskini yüksəldir.
Riskdən qorunmaq üçün nə etmək lazımdır?
Proqramlarda sərt vaxt limiti təyin edin.
Sosial şəbəkələrin bildirişlərini söndürün.
Kitab oxumağa, uzunmüddətli konsentrasiyanı tələb edən hobbilərə daha çox vaxt ayırın.