Xamenei əslində necə öldürülüb? - Gizli səsyazısı YAYILDI

01:50 - 16 Mart 2026

Xamenei əslində necə öldürülüb? - Gizli səsyazısı YAYILDI

İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürüldüyü hücumla bağlı yeni və diqqətçəkən məlumat yayılıb. “IranWire” yazır ki, sosial şəbəkələrdə yayılan bir audioyazıda İsrailin zərbəsi zamanı liderin iqamətgahında baş verənlər ilk dəfə daxildən təsvir olunur.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, dini lider statusu daşıyan Seyyid Məzahir Hüseyniyə aid olduğu iddia edilir. O, uzun müddət lider aparatında çalışmış şəxs kimi təqdim olunur və bəzi məlumatlara görə “Beyt-e Rəhbəri” – yəni İran liderinin iqamətgahının protokol rəhbəri olub.

Yayılan məlumatlara görə, 28 fevral səhər saat 09:40 radələrində Tehran vaxtı ilə lider kompleksinə ilk raket zərbələri endirilib. Hücum nəticəsində Əli Xamenei, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək vəzifəli komandirləri və rəhbərin ailə üzvlərindən bir neçəsi həlak olub.

Audioyazıda bildirilir ki, raketlərdən biri Müctəba Xamenenin yaşadığı iqamətgaha düşüb. Zərbə nəticəsində onun həyat yoldaşı Zahra Haddad-Adel və uşaqlarından biri həyatını itirib. Partlayışın gücü aşağı mərtəbədə yerləşən başqa bir iqamətgahı da dağıdıb və orada olan şəxslərdən bəziləri həlak olub.

Hüseyninin sözlərinə görə, hücumdan bir neçə saniyə əvvəl Müctəba Xamenei həyətə çıxıb və bu təsadüf onun sağ qalmasına səbəb olub. O, yalnız ayağından yüngül yaralanıb.

Audioyazıda həmçinin İranın yüksək rütbəli hərbi rəsmisi Məhəmməd Şirazinin də həmin hücum zamanı öldüyü bildirilir. İddiaya görə, raket partlayışı nəticəsində onun cəsədinin böyük hissəsi parçalanıb.

Məlumatlara görə, bu audio ilk dəfə “Eitaa” platformasında yayılıb və daha sonra digər sosial şəbəkələrə də yayılıb. Lakin Hüseyninin geniş tanınmaması və müharibə şəraiti səbəbindən səs yazısının tam şəkildə müstəqil təsdiqi hələ mümkün olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az