İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə yerləşən ABŞ-yə məxsus dörd hərbi bazaya eyni vaxtda raket zərbələri endirildiyini açıqlayıb.
Manset.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH qərargahının yaydığı press-relizdə bildirilib.
Məlumata görə, zərbələr Küveytdə yerləşən "Əli əs-Səlim" və "Əl-Ədiri" aviabazalarına, BƏƏ-dəki "Əd-Dafra" bazasına və Bəhreyndəki "Şeyx-İsa" hərbi bazasına endirilib. Hücum zamanı zərbə pilotsuz uçuş aparatlarından, müxtəlif tipli ballistik raketlərdən və təkmilləşdirilmiş döyüş başlıqları ilə təchiz olunmuş qanadlı raketlərdən istifadə edildiyi bildirilib.
Press-relizdə həmçinin iddia olunur ki, son günlər ərzində İran silahlı qüvvələri ABŞ hərbi bazalarındakı strateji radarların və digər mühüm obyektlərin 80 faizdən çoxunu məhv edib.