15 yaşlı qızı nişanlamaq istədilər

12:38 - 24 Noyabr 2025

15 yaşlı qızı nişanlamaq istədilər

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.


Manset.az xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az