Tramp onu vəzifəsindən azad etdi

21:52 - 02 Aprel 2026

Tramp onu vəzifəsindən azad etdi

ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.


Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

    Məlumata görə, Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib.

    Reuters-in məlumatına görə, Tramp bildirib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.

    Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.

    Bildirilir ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az