Salyanda 4 otaqlı ev YANDI

22:29 - 02 Aprel 2026

Salyanda 4 otaqlı ev YANDI

Salyanda yanğın hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az