Silah-sursat anbarında PARTLAYIŞ - 13 ölü, 57 yaralı 

11:38 - 02 Aprel 2026

Silah-sursat anbarında PARTLAYIŞ - 13 ölü, 57 yaralı 

Burundinin Bujumbura şəhərinə bağlı Musaga bölgəsində ordunun əsas sursat anbarında elektrik nasazlığı səbəbindən partlayış baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 13 mülki şəxs həyatını itirib və 3-ü hərbçi olmaqla 57 nəfər yaralanıb.

Ordu tərəfindən verilən açıqlamada, sursatın partlaması nəticəsində ətrafdakı evlərdə və avtomobillərdə ziyan meydana gəldiyi, hərbi avadanlıq və obyektlərin yanaraq kül olduğu bildirilib.

Partlayışın gücü ilə dağıntı hissələrinin 5 kilometrdən çox məsafəyə yayıldığı bildirilir.

Musaga bölgəsində yerləşən hərbi anbar sıx əhalisi olan bir ərazidədir. Burada orduya məxsus logistika anbarları, bir hərbi bazası və bir həbsxana mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az