Birlikdə mahnı oxumaq sağlamlığa əhəmiyyətli faydalar verir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xüsusilə, qrup halında, xor şəklində mahnı oxumaq həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir. Mütəxəssislər bildirirlər ki, mahnı oxumaq beyni və ürəyi qoruyur, ağciyərlər və tənəffüs sistemi üçün də güclüdür.
Bundan başqa, birlikdə mahnı oxumaq insanlar arasında yaxınlıq yaradır. Həmçinin bədəni xəstəliklərlə mübarizəyə hazırlayır və hətta ağrı hissini azalda bilir.