Naftalanda 2 maşın toqquşdu - Sürücülərdən biri öldü

21:38 - 27 Mart 2026

Naftalanda 2 maşın toqquşdu - Sürücülərdən biri öldü

Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az