Goranboyda bıçaqlanma - Yeniyetmə saxlanıldı

12:16 - 27 Mart 2026

Goranboyda bıçaqlanma - Yeniyetmə saxlanıldı

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az