“Hər yeri bağlayıblar, yanğın çıxışı yoxdur” - VİDEO

23:17 - 05 Dekabr 2025

“Hər yeri bağlayıblar, yanğın çıxışı yoxdur” - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında 4 nəfər həlak olub. Onlardan üçü ana və iki uşağı, digəri isə qonşu mənzildə yaşayan şəxsdir.


Manset.az R TV-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı onların qonşuları danışıb.

“Heyif onlara, balalarına heyif. Deyirlər uşaqların atası da evdə olub, indi komadadır”.

Digər qonşu isə bildirib ki, ölənlərin sayının çox olmasına səbəb yanğın çıxışının olmamasıdır:

“Hər yeri bağlayıblar, yanğın çıxışı yoxdur”.

Daha ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az