İranda yeni Ali Liderin elan olunmasının qeyd edildiyi tədbir zamanı partlayış olub.
Manset.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, hadisə Kirmanşah şəhərində yüzlərlə insanın iştirakı ilə keçirilən tədbirdə Müctəba Xameneinin ölkənin yeni Ali Lideri təyin olunması qeyd edilərkən baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə izdihamın şüarlar səsləndirdiyi, bu zaman partlayış səsləri eşidildiyi əksini tapıb.
Kadrlarda hadisə yerindən qalın tüstünün qalxdığı müşahidə olunur.