Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərişıq” ASC regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur.
Manset.az xəbər verir ki, bu məqsədlə dekabrın 16-da “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qobustanda, Kənd Təsərrüfatı Nazirliyinin Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qobustan şəhərindəki
abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad
edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə
uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin
yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə
əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi
işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident
İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq
maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla, eləcə də
sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif, tövsiyələri
dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.