Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
13:52
Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.
Manset.az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.