37 ölkədən olan beynəlxalq səyyahlar qrupu Zəngilana gəlib.
Manset.az Report-a istinadən xəbər verir ki, səyyahlar Zəngəzur dəhlizi sahəsinə baş çəkiblər.
Səfər zamanı nümayəndə heyətinə Azərbaycanın qərb bölgəsinin Naxçıvanla quru yol əlaqəsini təmin etmək məqsədilə həyata keçirdiyi infrastruktur layihəsi barədə məlumat verilib.