Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi 4 yaşını qeyd edir 

17:38 - 11 Yanvar 2026

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi 4 yaşını qeyd edir 

Bu gün Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) yaradılmasından dörd il ötür.


Manset.az xəbər verir ki, fəaliyyət göstərdiyi dörd il ərzində BMDAM həm yerli, həm də beynəlxalq səviyyədə siyasi proseslərin təhlili, strateji proqnozlaşdırma və diplomatik müzakirələr üçün önəmli platformalardan birinə çevrilib.

Mərkəzdən bildirilib ki, qlobal miqyasda baş verən sürətli dəyişikliklər fonunda çevik analiz və etibarlı informasiyanın əhəmiyyəti getdikcə artır. Bu baxımdan Mərkəz müxtəlif istiqamətlər üzrə analitik fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, BMDAM növbəti illərdə də milli maraqları əsas götürərək daha genişmiqyaslı layihələrin icrasını, eləcə də rəqəmsal diplomatiya və qlobal təhlükəsizlik mövzularında tədqiqatların dərinləşdirilməsini qarşıya məqsəd qoyub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az