Livana hücumlarda 1 gündə 14 tibb işçisi həlak oldu

01:18 - 15 Mart 2026

Livana hücumlarda 1 gündə 14 tibb işçisi həlak oldu

Cümə günü Livana edilən hücumlar nəticəsində 14 tibb işçisi həlak olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

    "ÜST dünən gecə Burc Qalaviyyə ilkin səhiyyə mərkəzinə hücum zamanı 12 tibb işçisi və tibb bacısının ölümünü təsdiqləyir. Bir neçə saat əvvəl Əl-Sovan səhiyyə mərkəzinə edilən hücumlarda da iki həkim həlak olub", - o deyib.

    Qebreyesus onu8 da qeyd edib ki, 2 martdan bəri ÜST Livanın səhiyyə sisteminə 27 hücum qeydə alıb. Nəticədə 30 nəfər ölüb, 35 nəfər yaralanıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az