Bakıda oğurluq edən qardaşlar saxlanıldı - VİDEO

15:50 - 19 Yanvar 2026

Bakıda oğurluq edən qardaşlar saxlanıldı - VİDEO

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. 


Manset.az xəbər verir ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az