“Qalatasaray”ın yaşayan əfsanəsi Fatih Terim “Qalatasaray” – “Liverpul” oyununu izləmək üçün RAMS Park stadionuna gəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanı tribunadan izləmək üçün stadionda öz yerini tutub.
Fatih Terimin qızı Buse Terim isə sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb:
“Tarixdə ilk dəfə olacaq! Atamla meydanda deyil, tribunada azarkeş kimi birlikdə matç izləyəcəyik!”.
Buse Terim matça “Qalatasaray”ın retro formasında gəlib. O, formasında nömrə kimi atasının futbolçu karyerası dövründə geyindiyi 5 nömrəni seçib.