ABŞ prezidenti Donald Trampın “Müharibə böyük ölçüdə başa çatıb” açıqlamasının reallığı əks etdirmədiyi qısa müddətdə aydınlaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı hücumlarını artırdığı və üçüncü təyyarədaşıyan gəmisinin də regiona doğru yola salındığı bildirilib.
Bununla yanaşı, qarşıdurmanın genişlənməsi fonunda İranda mülki şəxslərin də hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıqlar səsləndirilib.
ABŞ, İsrail və İran arasında davam edən münaqişə daha da kəskin mərhələyə keçib. ABŞ prezidenti Donald Tramp müharibədə böyük uğurlar əldə etdiklərini bildirərək “Müharibə böyük ölçüdə başa çatıb” desə də, bu bəyanatdan sonra tərəflər arasında qarşılıqlı sərt açıqlamalar davam edib.
Artan gərginlik fonunda ABŞ ordusu regiondakı hərbi mövcudluğunu gücləndirmək qərarı verib.