İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı yeni bəyanat verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Korpusun Hərbi-Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsiri bildirib ki, İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur.
Əlirza Tənqsiri bu barədə açıqlamasında belə deyib:
“İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur. Əgər buna şübhə edən varsa, yaxınlaşsın və sınaqdan keçirsin”.