Bakıda yollar gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır

10:55 - 21 Yanvar 2026

Bakıda yollar gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır

Bakı şəhəri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət göstərdiyi prospekt və yollarda hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 


Bu barədə Manset.az-a AAYDA-dan məlumat verilib. 

Gecə və səhər saatlarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı ciddi problem müşahidə olunmayıb, təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib.

Hazırda AAYDA-nın bütün yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə davam edir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az