Qardaşı “Qarabağ”ın futbolçusunu yanına aparır 

22:48 - 24 Mart 2026

Qardaşı “Qarabağ”ın futbolçusunu yanına aparır 

"Qarabağ"ın futbolçusu Sami Mmae Kiprə yollana bilər.


Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun xidmətində "Omoniya" maraqlıdır.

Belə ki, Saminin qardaşı Rayan hazırda "Omoniya"nın aparıcı futbolçusudur.

O, qardaşının karyerasının "Dinamo" və "Qarabağ"da istədiyi kimi alınmamasına görə yanına aparmaq istəyir.

Nikosiya klubu özü də Mmaenin xidmətindən yararlanmaq niyyətindədir.

Onlar müdafiə xəttini Sami ilə gücləndirməyə üstünlük verəcək. Qurban Qurbanovun cəzalandıraraq əvəzedici heyətə göndərdiyi Sami mövsümün sonunda "Dinamo"ya (Zaqreb) geri qayıdacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az