Bu ərazilərdə qaz olmayacaq

15:05 - 21 Yanvar 2026

Bu ərazilərdə qaz olmayacaq

Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə nəticəsində qaz xəttinin zədələnməsi qeydə alınıb.

Lənkəran Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, zədələnmiş borunun bərpası ilə əlaqədar olaraq Köhnə Alvadı, Güllütəpə, Tatyanoba, Əmirtürbə, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Abasbəyli kəndləri və Təzə Alvadı kəndinin bir hissəsi daxil olmaqla, ümumilikdə 3 500 abonentin qaz təchizatının yanvarın 21-də saat 15:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti olaraq dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyiniz xahiş olunur", - deyə idarənin məlumatında vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az