“Yeni sərəncamla bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdiriləcək”.
Manset.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Dövlət Başçısının yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, pensiyaların təyinatı kimi, pensiyalarda bu artımda proaktiv qaydada, pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir.
Fidan Vəlisoy