Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.
Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil nazirinin Emin Əmrullayevin müvafiq əmri ilə Quluyev Elşad İlyas oğlu vəzifəsindən azad olunub.
Qazax Dövlət Sosial-iqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov direktor əvəzi təyin edilib.
Qeyd edək ki, Elşad Quliyev 2009-cu ildən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru idi.