“Kristal“dan Yasamalda mənzil almaq istəyən,
amma faiz və kredit yükü istəməyənlərə real fürsət!
“Park Yasamal“ layihəsində təqdim olunan “Evini hissə-hissə al” satış modeli ilə yeni mənzilinə addım-addım, imkanına uyğun şəkildə sahib ola bilərsən. Bu yanaşma kredit, faiz və aylıq öhdəlik olmadan mənzil sahibi olmaq istəyənlər üçün nəzərdə tutulub.

Modelin əsas prinsipi sadədir: alıcı
seçdiyi mənzildən istədiyi qədər yaşayış sahəsi əldə edir və hər kvadratmetr
onun adına rəsmi şəkildə sənədləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m., istərsə
də daha çox — seçim tamamilə müştərinin büdcəsinə və planına uyğun formalaşır.
Vəsait olduqca əlavə kvadratmetrlər alınaraq mənzilin sahəsi tədricən
artırılır. Bu müddət ərzində heç bir faiz hesablanmır və aylıq ödəniş öhdəliyi
yaranmır. Ödənilən məbləğ birbaşa real mənzil sahəsinə çevrilir.
Əldə edilən sahə satış dəyərinə paralel olaraq dəyər qazanır. Yəni əmlakın satış qiyməti yüksəldikcə sənin sahib olduğun kvadratmetrlərin də dəyəri artır. Bu isə vəsaitin inflyasiyadan qorunması deməkdir.

Əgər toplanan məbləğ seçilmiş
mənzilin tam alınmasına kifayət etməzsə və ya həmin mənzil proses müddətində
satılarsa, müştəriyə alternativ variantlar təqdim edilir. Topladığı dəyər həmin
günün bazar qiyməti əsasında hesablanaraq layihə daxilində və ya şirkətin digər
layihələrində uyğun mənzilə yönləndirilə bilər.
Gələcəkdə müştəri mənzil əldə etmək fikrindən imtina edərsə və ya planlarını dəyişərsə, yatırdığı vəsaiti illik 12% artımla geri almaq hüququna malikdir. (Bu 12%-lik illik gəlir hər bir ödəniş üzrə ayrıca qaydada, vəsaitin yatırıldığı tarixdən etibarən faktiki saxlanma müddətinə uyğun şəkildə hesablanır və tətbiq olunur.)

"Park Yasamal"da
eyni zamanda 36 ayadək faizsiz daxili kredit və 20 ilədək ipoteka imkanı
mövcuddur. 15%-dən başlayan ilkin ödənişlə öz planına və maliyyə imkanlarına
uyğun variantı seçə bilərsən.
Layihə Yasamal rayonunda, 3 saylı
Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərə rahat çıxışı olan ərazidə
yerləşir. Kompleksdə həm hazır, həm tikintisi davam edən, həm də əşyalı
mənzillər satışdadır. Mənzillər 39,71
m²-dən 120,47 m²-dək, 2, 3, 4 otaqlı və studiya variantlarda təqdim olunur.
İtkisiz, maksimum səmərəli planlanan mənzillər sakinlərə Avropa brendləri ilə
tam təmirli şəkildə təhvil verilir.
Əlavə olaraq, mənzil üçün etdiyiniz
ilkin ödənişin ƏDV məbləği 30 iş günü ərzində sizə geri qaytarılır. Bu isə
ilkin ödənişin real olaraq azalması deməkdir.

Yasamalda hissəli alışla ev sahibi olmaq üçün layihənin
satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi