“2026-cı ilin hazırki dövrünə qədər 2900-dən çox təhsil müəssisəsi geniş internet şəbəkəsi ilə təmin edilib”.
Manset.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov mətbuat nümayəndələri üçün bu gün keçirilən brifinqdə deyib.
Vüsal Xanlarov bildirib ki, hazırda qoşulma növləri üzrə şagirdlərin 82 faizi genişzolaqlı internet, 18 faizi isə digər qoşulma vasitələri ilə əhatə olunur. Bununla yanaşı, illər üzrə orta internet trafiki də artım tendensiyası göstərir.
Fidan Vəlisoy