“Müəllim” mobil tətbiqi müəllimlər üçün böyük səmərə verir   

11:30 - 24 Fevral 2026

“Müəllim” mobil tətbiqi müəllimlər üçün böyük səmərə verir   

“Yanvar ayında “Müəllim” mobil tətbiqi geniş istifadə olunub”. 


Manset.az xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov bu gün keçirilən “Təhsilin rəqəmsallaşması” mövzusunda brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, “Müəllim” mobil tətbiqi müəllimlərin gündəlik işini asanlaşdırmaq və təhsil prosesinde rəqəmsal idarəetməni təmin etmək məqsədi daşıyır.  Müəllimlər bu tətbiqdən istifadə edərək öz fəaliyyətlərini mümkün qədər rahatlaşdıra bilərlər. Bu tətbiqdə müəllimlər öz dərs cədvəllərini planlaya bilərlər. Eyni zamanda, tətbiq müəllimlərə dərs materiallarını idarə etməyə və tədris prosesini daha səmərəli təşkil etməyə imkan yaradır.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az