Bayram alış-verişiniz qadın sahibkarların gücünə güc qatsın
Birbank Biznes 8 Mart
Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək
məqsədilə xüsusi təşəbbüslə çıxış edir.
Belə ki, 1 mart
2026-cı il tarixində xanım sahibkarlar üçün
“Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək. PASHA Malls-un dəstəyi
ilə baş tutacaq yarmarka Crescent Mall-da
saat 10:00-da start götürəcək.
Hər kəsin dəvətli olduğu yarmarkada bir-birindən unikal əl
işləri və hədiyyələr layihəyə özəl, xüsusi endirimli qiymətlərlə satışa
çıxarılacaq.
Layihə qadın sahibkarların öz məhsul və xidmətlərini geniş
auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri
və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq. Birbank
Biznes bu təşəbbüslə qadın sahibkarların fəaliyyətini dəstəkləməyi, onların
bizneslərinin tanıdılması və inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Həmçinin, yarmarka ziyarətçilərə ölkənin müxtəlif biznes istiqamətində
fəaliyyət göstərən qadın sahibkarların məhsul və xidmətləri ilə tanış olmaq,
onları dəstəkləmək və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmaq
şansı yaradacaq.
Doğmalarına dəyərli və unikal hədiyyələr almaq, eləcə də
ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs 1 mart
tarixində Crescent Mall-a dəvətlidir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital
Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin
inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim
edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt
canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək
imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.