Həkimə birbaşa müraciət üçün əlavə ödəniş tətbiq olunacaq

12:09 - 24 Fevral 2026

Həkimə birbaşa müraciət üçün əlavə ödəniş tətbiq olunacaq

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən  “Tibbi sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb.

Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az