Ağcabədidə güclü YANĞIN - FOTO

12:32 - 26 Fevral 2026

Ağcabədidə güclü YANĞIN - FOTO

Ağcabədidə 4 otaqlı ev yanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.

Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az