Bu futbolçu PSJ-dən "Barselona"ya keçə bilər

00:30 - 26 Fevral 2026

Bu futbolçu PSJ-dən \"Barselona\"ya keçə bilər

PSJ-nin vingeri Bredli Barkola "Barselona"nın maraq dairəsinə düşüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer pəncərəsində futbolçuya gələcək təklifi dəyərləndirməyə maraq göstərir. 23 yaşlı oyunçunun xidmətində maraqlı olan əsas klublardan biri "Barselona"dır.

PSJ fransız vingerin transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib. 

Qeyd edək ki, Bredli Barkola 2023-cü ildə "Lion"dan 45 milyon avroya transfer edilib və onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Xatırladaq ki, cari mövsümdə Barkola bütün turnirlərdə 33 matça çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az