Şamaxıda yeddinci zəlzələ oldu

08:59 - 28 Fevral 2026

Şamaxıda yeddinci zəlzələ oldu

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az