Qohumunun 28 min manatını oğurladı - Saxlanıldı

11:59 - 07 Mart 2026

Qohumunun 28 min manatını oğurladı - Saxlanıldı

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.


DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az