Asiya Yaxın Şərqdən neft və təbii qaz axınlarından ən çox asılı olan regiondur.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə dünyanın nüfuzlu iqtisadiyyat nəşrləri yazıb.
Qeyd edilir ki, Hörmüz boğazından keçən bütün xam neftin təxminən 90%-i Asiyaya yönəlir. Həmçinin, Qətər və BƏƏ-dən ixrac olunan mayeləşdirilmiş təbii qazın təxminən 82%-i asiyalı alıcılara çatdırılır. Təkcə Çin Hörmüz boğazından keçən bütün neftin 38%-ni alır. Onu Hindistan (15%), Cənubi Koreya (12%) və Yaponiya (11%) izləyir.
Bundan başqa, Yaponiya və Cənubi Koreya üçün neft idxalının 60%-dən çoxu Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Bu da onları tədarükdə yarana biləcək fasilələrə qarşı ən həssas ölkələrə çevirir. Asiya üçün Hörmüz boğazı həyati əhəmiyyət daşıyan enerji dəhlizidir.