İrandan daha 84 nəfər Azərbaycana təxliyə edildi - YENİLƏNİB

19:28 - 09 Mart 2026

İrandan daha 84 nəfər Azərbaycana təxliyə edildi - YENİLƏNİB

İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.


Manset.az Report-a istinadən xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.

İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.

Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.

Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

15:59

İrandan Azərbaycana daha 42 nəfərin təxliyəsi baş tutub.


Manset.az Report-a istinadən xəbər verir ki, saat 14:00-16:00 aralığında təxliyə olunanların 14-ü Azəraycan, 11-i Polşa (diplomatlar), 6-sı Pakistan, 4-ü Çin, 4-ü İran, 2-si Kanada, 1-i Tacikistan vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

***

14:24

Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

***

12:16

Böyük Britaniya və Almaniyanın hər birindən 1 vətəndaş İrandan Azərbaycana təxliyə olunub.


Manset.az Report-a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10::00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Bundan başqa, İranın 6 vətəndaşının əks istiqamətə keçidi təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az