İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Qərbi Qalileyaya raket zərbələrinə cavab olaraq Beyrutun cənub ətraflarına yenidən hava hücumları həyata keçirib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, zərbə Beyrut Beynəlxalq Hava Limanına aparan avtomagistral üzərində yerləşən Bir-Abed rayonuna endirilib.
Hücumdan sonra güclü partlayış baş verib. Yerli sakinlər təhlükə ilə bağlı edilən xəbərdarlıqdan sonra ərazini əvvəlcədən tərk edərək şəhərin şimal və mərkəzi hissələrinə köçüblər.
İsrail hərbi komandanlığı Beyrutun daha yeddi cənub ətrafına da hava zərbələrinin endirilə biləcəyi barədə xəbərdarlıq edib.