Daimi əsnəmənin həyati təhlükələri 

01:30 - 29 Mart 2026

Daimi əsnəmənin həyati təhlükələri 

"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin bildirib.

Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yarana bilər.

Xüsusilə səbəbsiz yaranan və istirahətdən sonra keçməyən davamlı əsnəmə təhlükəli sayılır. Belə hallarda beyində qan dövranı pozuntusunu qaçırmamaq üçün dərhal həkimə müraciət etmək lazımdır.

Həkim qeyd edib ki, adi yorğunluqdan yaranan əsnəmə ilə patoloji vəziyyəti fərqləndirmək vacibdir. Yorğunluq zamanı orqanizm sadəcə istirahətə ehtiyac olduğunu bildirir və bu halda qısamüddətli yuxu kifayət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az