Zəlzələ ilə bağlı nazirlikdən AÇIQLAMA

14:55 - 08 Aprel 2026

Zəlzələ ilə bağlı nazirlikdən AÇIQLAMA

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub".


Manset.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Qeyd olunur ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az