"Azərsun Holdinq" sənayenin rəqəmsal
transformasiyası istiqamətində fəaliyyətini genişləndirir. Holdinq,
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən
proqram çərçivəsində aktiv iştirak edir və üç iri müəssisəsi ilə prosesə
qoşulub.
Azərbaycanda uzun illərdir fəaliyyət göstərən "Azərsun
Holdinq" sənayenin inkişafına verdiyi töhfələrlə yanaşı, istehsalatın
modernləşdirilməsi və texnoloji yeniliklərin tətbiqi istiqamətində də ardıcıl
addımlar atır. Bu çərçivədə holdinq rəqəmsal həllərin tətbiqi, istehsal proseslərinin
optimallaşdırılması və resurslardan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə
xüsusi diqqət yetirir.
Layihə çərçivəsində “Sun Tea” MMC və “AzərSüd” MMC-də
istehsal proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırma səviyyəsinin
artırılması və idarəetmədə rəqəmsal alətlərin tətbiqi istiqamətində işlər
aparılır. Görülən tədbirlər müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsinə
və istehsalın daha çevik təşkilinə şərait yaradır.
Qeyd edək ki, bu kimi layihələr "Azərsun
Holdinq"in istehsal gücünün artırılmasına, məhsulların rəqabət qabiliyyətinin
yüksəldilməsinə və beynəlxalq bazarlarda mövqeyinin daha da möhkəmləndirilməsinə
yönəlib. Holdinq gələcək dövrdə də rəqəmsal transformasiya istiqamətində fəaliyyətini
davam etdirməyi planlaşdırır.