“Uşaqları diləndirir, öyrədir ki, 1 yox, 5 manatı götürün” - VİDEO

22:14 - 09 Aprel 2026

“Uşaqları diləndirir, öyrədir ki, 1 yox, 5 manatı götürün” - VİDEO

Tovuzda 3 övladından imtina etdiyi deyilən ailə haqda yeni detallar məlum olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ailənin qonşuları bu barədə danışıb.

Ananın əqli məhdudiyyətli, atanın isə içki aludəçisi olduğunu deyən qonşular bildiriblər ki, valideynlər uşaqları diləndirirmişlər:

“Bu ailədə 3 oğlan uşağı var. 2-si məktəbə getməlidir, getmir. Səhər olur uşaq deyir ana mənə yemək ver, ana da deyir, get pul gətir. Uşaqları göndərir dilənməyə. Pulları göstərir ki, bu 1 manatdır bunu sizə kim versə, götürməyin. Deyin ki, buna heç nə düşmür, 5 manatı götürün. Uşaqlar məcbur olurlar gedən maşınların şüşəsindən içəri girirlər. Gecə saat 4-ə kimi bunların evində dava gedir. Uşaqlara yemək vermir, geyindirmir, natəmiz saxlayır”.


Digər qonşu isə iddia edir ki, uşaqların anası ona da fiziki şiddət göstərib, həmçinin binada da antisanitar vəziyyət yaradıblar.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov bildirib ki, DİN-in aidiyyəti baş idarəsi tərəfindən müvafiq araşdırmalar aparılır:

“Təfərrüatları araşdırma predmetidir”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az