Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı

15:40 - 11 Aprel 2026

Bakının məktəbliləri böyük səhnədə yarışdı – “ŞHK Junior Liqa” başa çatdı

Ötən gün Heydər Əliyev Sarayı növbəti dəfə mədəniyyət və gənclik bayramına ev sahibliyi edib. 


Manset.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə təşkil olunan “ŞHK Junior Liqa – Anar Məmmədxanov Kuboku” çərçivəsində Bakının 18 məktəb komandası böyük səhnədə öz istedadını nümayiş etdirib.

Layihənin bədii rəhbəri və tədbirin aparıcısı Səməndər Rzayev proqramın yüksək əhval-ruhiyyədə və dinamik keçməsinə töhfə verib. Komandalar maraqlı və gərgin mübarizə şəraitində çıxış edərək tamaşaçıların rəğbətini qazanıblar.

Yarışın nəticələri aşağıdakı kimidir:

Böyük Qızıl Kubok

6 nömrəli məktəbin yığması – “Palata №6”

Böyük Gümüş Kubok

189-190 nömrəli məktəblərin yığması – “Abrakadabra”

Böyük Bürünc Kubok

Bakı Avropa Liseyi – “Fantastik Dördlük” KVN komandası

Kiçik Qızıl Kubok

17 nömrəli məktəbin yığması – “Əhmədli Şumu”

Kiçik Gümüş Kubok

56 nömrəli məktəbin yığması

Kiçik Bürünc Kubok

18 nömrəli məktəbin yığması – “Şəhər Uşaqları” KVN komandası

Həmçinin, yarışda iştirak edən bütün komandalara xatirə kubokları təqdim olunub.

Tədbirin münsiflər heyətində Murad Dadaşov, Cavid Şahbazbəyov, Zəhra Bədəlbəyli, İradə Məmmədxanova, Hacı Nuran Hüseynov və Nəriman Abdullayev yer alıblar.

Sonda çıxış edən münsiflər heyətinin üzvü və ŞHK Junior Liqanın direktoru Cavid Şahbazbəyov bildirib ki, layihə “Bakılı oğlanlar” ŞHK-nın əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunub. O qeyd edib ki, gecə parlaq və enerjili keçib, bu cür layihələr gənclər üçün böyük səhnəyə çıxış imkanı yaradır və yeni ŞHK nəslinin formalaşmasına xidmət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az