Bu gün pravoslav xristianlarının Pasxa bayramıdır

00:29 - 12 Aprel 2026

Bu gün pravoslav xristianlarının Pasxa bayramıdır

Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.


Manset.az xəbər verir ki, Pasxa xristian dünyasında ən qədim, ən önəmli və ən çox sevilən bayramlardan biri hesab olunur.

Bayramın əsas məzmunu İsa Məsihin ölüm üzərində qələbə qazanaraq dirilməsi ilə bağlıdır. Bu hadisə ilə onun bütün bəşəriyyət üzərindəki ölüm və günah yükünü aradan qaldırdığına inanılır. Allahın oğlu kimi dünyaya gələn İsa Məsih insan təbiətini, onun əzablarını və hətta ölümünü paylaşmış olur.

Ənənələrə görə, möminlər cümə axşamı səhər saatlarında kuliç bişirir, axşam isə Pasxa süfrəsi üçün hazırlıqlar görürlər. Şənbə günü bu nemətləri kilsəyə aparır, şənbədən bazara keçən gecə isə Pasxanın başlanmasını simvolizə edən Xaç yürüşündə iştirak edirlər. Müqəddəs Dirilmə günündə insanlar Pasxa süfrəsi ətrafında toplaşır, bir-birinə kuliç və Pasxa paylayır, yumurta döyüşdürür və “İsa Dirildi!” sözləri ilə bayramlaşırlar.

Təqvim və simvolika baxımından Pasxa qədim yəhudi bayramı olan Pesax ilə əlaqələndirilir. Bir çox dillərdə “Pasxa” və “Pesax” sözləri ya eyni, ya da oxşar şəkildə işlədilir. Dünyanın müxtəlif bölgələrində Pasxa ənənələri fərqli olsa da, səhər ibadətləri, bayramlaşma, kilsə ətrafında yürüş və İsanın boş məzarını simvolizə edən bəzədilmiş yumurtalar ümumi xüsusiyyətlər kimi qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az