Zakir Fərəcov baş memarı işdən çıxardı

14:52 - 16 Aprel 2026

Zakir Fərəcov baş memarı işdən çıxardı

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib. 


Manset.az Unikal-a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub. 

Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az