Azərbaycanda külək enerjisi istehsalı 26 % artıb 

10:00 - 17 Aprel 2026

Azərbaycanda külək enerjisi istehsalı 26 % artıb 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istilik elektrik stansiyalarında 6 milyard 991 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.


Bu barədə Manset.az Energetika Nazirliyinin bu ilin birinci rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 672,7 milyon kVt/saat və ya 10,6 % çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarında 510,5 milyon kVt/saat (-23,8 %), digər mənbələr üzrə isə 414,5 milyon kVt/saat (+ 2,3 dəfə) elektrik enerjisi istehsal edilib.

Bu dövrdə külək elektrik stansiyalarında 247,7 milyon kVt/saat (+26,1 %), günəş elektrik stansiyalarında 91,3 milyon kVt/saat (-18,8 %) elektrik enerjisi istehsal edilib.

Bu ilin ilk rübündə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 13,6 milyon kVt/saat və ya 22 % çoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az