"Azərbaycan Dəmir Yolları" (ADY) QSC koronavirus (COVID-19) pandemiyasından sonra mütəmadi şəkildə stansiyaların fəaliyyətini bərpa edir, xidmət coğrafiyasını genişləndirir.
Manset.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, məqsəd həm müştəri məmnuniyyətinin artırılması, həm də ölkə ərazisində sərnişinlərin səyahətinin tam dolğun təmin olunmasıdır: "Əvvəllər qatar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə hərəkət edirdi. İndi isə müddət 2 saat 11 dəqiqədir".
A.Fərəcov qeyd edib ki, sərnişinlər gündəlik olaraq Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı qatarları ilə Kürdəmir stansiyasına səyahət edə bilərlər: "Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı və Bakı-Qazax-Bakı qatarları ilə də sərnişinlər Kürdəmir stansiyasına, Bakıya, həmçinin qərb və şimal-qərb bölgələrinə gedə bilərlər".