Ürək xəstəlikləri ilə bağlı ciddi xəbərdarlıq

21:24 - 17 Aprel 2026

Ürək xəstəlikləri ilə bağlı ciddi xəbərdarlıq

Kardioloq Prof. Dr. Mehmet Ertürk ürək-damar xəstəliklərinin ölkədə ölümün ən əsas səbəbi olaraq qaldığını bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, statistikaya göstərir ki, hər 6 kişidən biri və hər 7 qadından biri bu xəstəliklərdən həyatını itirir.

Həkim sinənin ortasında basqı, sıxılma və bel, çənə və qollara yayılan ağrının əsas xəbərdarlıq əlaməti olduğunu vurğulayıb. Nəfəs darlığı, ürəyin sürətli döyünməsi, başgicəllənmə və şişkinlik də mühüm simptomlar arasındadır. Bəzi hallarda isə xəstəlik gizli keçə bilər.

Ertürk qeyd edib ki, ürək-damar xəstəliklərinin diaqnozunda qan analizləri, EKQ, exokardioqrafiya, angioqrafiya kimi müasir üsullardan istifadə olunur.

Mütəxəssis xəstəliklərin qarşısını almaq üçün siqaretdən uzaq durmağı, sağlam qidalanmağı, çəkiyə nəzarəti, müntəzəm fiziki aktivliyi, qan təzyiqi və şəkər səviyyəsinin yoxlanmasını, həmçinin keyfiyyətli yuxu və stressin azaldılmasını tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az