Həddindən artıq düşünmə sağlamlığa zərər verir 

22:49 - 17 Aprel 2026

Həddindən artıq düşünmə sağlamlığa zərər verir 

Həddindən artıq düşünmə həyat keyfiyyətini azaldır. Davamlı və nəzarətsiz düşünmə həm psixoloji, həm də fiziki problemlərə səbəb ola bilər. Bu vəziyyətlə mübarizə üçün sadə üsullar tətbiq edilsə də, zəruri hallarda peşəkar dəstək almaq vacibdir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ekspert, klinik psixoloq Kaan Üçyıldız bildirir ki, “həddindən artıq düşünmə” uzun müddət davam etdikdə həm zehni, həm də fiziki sağlamlığa mənfi təsir göstərir. Bu vəziyyət insanın eyni problemlər üzərində təkrar-təkrar düşünməsi ilə yorğunluq, stress və tükənməyə səbəb olur.

Mütəxəssis qeyd edir ki, keçmişi davamlı analiz etmək, gələcəklə bağlı mənfi ssenarilər qurmaq və zehni “susdura bilməmək” bu halın əsas əlamətləridir. Həmçinin yuxu pozğunluğu, əzələ gərginliyi və xroniki yorğunluq da bu problemin göstəricisi ola bilər.

Üçyıldız problemin idarə olunması üçün “5 illik qayda” və “15 dəqiqəlik düşünmə vaxtı” kimi üsulları tövsiyə edir.

5 illik qayda: Özünüzdən soruşun: “Bu gün məni narahat edən məsələ 5 il sonra da əhəmiyyətli olacaqmı?” Əgər cavab “xeyr”dirsə, bu mövzuya sərf etdiyiniz enerjini azaltmağa çalışın.

15 dəqiqəlik qayda: Hər gün narahatlıqlarınız üçün 15 dəqiqəlik xüsusi vaxt ayırın. Gün ərzində yaranan təkrarlanan fikirləri həmin vaxta qədər təxirə salın, vaxtı çatanda düşünün və müddət bitdikdən sonra yenidən gündəlik həyatınıza qayıdın.O vurğulayır ki, hər şeyi nəzarətdə saxlamaq mümkün deyil və insan idarə edə bilmədiyi halları qəbul etməyi öyrənməlidir.

Mütəxəssis əlavə edir ki, bu vəziyyət gündəlik həyata və münasibətlərə mənfi təsir edərsə, mütləq psixoloji dəstək alınmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az