19 aprel 2026-cı il tarixində Masallı rayonunun Şərəfə ərazisində Vətən müharibəsi şəhidi Əbilov Nurlan Fərrux oğlunun şəhadətinin 5-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Manset.az xəbər verir ki, mərasim çərçivəsində şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım tədbirində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Sinan Abbaslı, sektorun məsləhətçisi, Vətən Müharibəsi iştirakçısı Tərlan Şahverdiyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən Müharibəsi iştirakçısı Kənan Qarayev, eləcə də bələdiyyə sədri, din xadimləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı din xadimləri tərəfindən şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi ehtiramla anılıbdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.